
Qazaxıstanda patron istehsal edəcək zavodun tikintisinə başlanıb.
“AzeriDefence”nin Qazaxıstan Müdafiə Nazirliyinə istinadən verdiyi məlumata görə, Karaqanda vilayətində yerləşən zavodda 5,45×39 və 7,62×54 mm çaplı avtomat, 9×18 və 9×19 mm çaplı tapança patronları istehsal ediləcək.
Müəssisənin tikintisi 2017-ci ilin dekabr ayında başa çatacaq.
Zavodda patron istehsalında istifadə olunan metal ərintilərin emalı da daxil olmaqla işlər kompleks şəkildə həyata keçiriləcək. Müəssisənin inşası başa çatmadan “Kaztexnoloqiya” Səhmdar Cəmiyyəti KADEX-2016 sərgisi çərçivəsində (2-5 iyun 2016-cı il tarixlərində) zavodun məhsulunun ixracı üzrə müqavilələr imzalamağı planlaşdırır.
Zavodda patron istehsalında istifadə olunan avadanlıqlar Kanadanın “Waterbury Farrel” şirkətindən tədarük olunacaq. Müəssisənin ilk illərdə istehsalat gücü ildə 30 milyon ədəd təşkil edəcək.



