R-414MBRP “Sosna” radiostansiyalarının növbəti partiyası Belarus Müdafiə Nazirliyinə təhvil verilib

R-414MBRP “Sosna” radiostansiyalarının növbəti partiyası Belarus Müdafiə Nazirliyinə təhvil verilib

“Aqat – Elektromexanika Zavodu” Belarus Müdafiə Nazirliyinə R-414MBRP “Sosna” radiostansiyalarının növbəti partiyasını təhvil verib.

Bu barədə “Poliqon” Belarus Dövlət Hərbi Sənaye Komitəsinin mətbuat xidmətinə istinadən xəbər verib.

Rəqəmsal radiostansiya olan R-414MBRP “Sosna”, rabitə qovşaqlarının bir hissəsi kimi radiorele və kabel rabitə xətlərini, genişzolaqlı radio giriş zonalarını və DMR standart radio rabitəsini təşkil etmək, eləcə də onların ictimai telekommunikasiya şəbəkəsinə bağlanmasını təmin etmək üçün nəzərdə tutulub. R-414MBRP “Sosna” radiostansiyası rabitə bölmələri tərəfindən istənilən ərazidə sürətli şəkildə quraşdırıla bilər.

R-414MBRP “Sosna”nın qəbul və ötürmə xüsusiyyətləri:

  • 4-dən 5 GHz-ə qədər santimetr tezlik diapazonunda radio kanal üzərindən 16-ya qədər E1 axınının və Ethernet trafikinin ötürülməsi / qəbulu;
  • Bir E1 axınının və Ethernet trafikinin 238-dən 480 MHz-ə qədər tezlik diapazonunda radio kanal üzərindən ötürülməsi / qəbulu;
  • 5670-dən 6170 MHz-ə və 7900-dən 8400 MHz-ə qədər tezlik diapazonunda radio kanal üzərindən 16 E1 axınının və Ethernet trafikinin ötürülməsi / qəbulu;
  • 362-dən 1.463 GHz-ə qədər tezlik diapazonunda radio kanal üzərindən dördə qədər E1 axınının və Ethernet trafikinin ötürülməsi / qəbulu.

Poliqon.az

CATEGORIES
TAGS