“Raytheon” şirkəti NATO üzvü olan Avropa ölkəsinə GEM-T raketləri tədarük edəcək

“Raytheon” şirkəti NATO üzvü olan Avropa ölkəsinə GEM-T raketləri tədarük edəcək

ABŞ-ın “Raytheon” şirkəti Almaniyaya əlavə GEM-T raketlərinin tədarükü üçün NATO-nun Dəstək və Satınalma Agentliyi (NSPA) ilə 478 milyon dollar dəyərində müqavilə imzalayıb.

“Poliqon” “Raytheon”a istinadən xəbər verir ki, tədarük ediləcək GEM-T-lər Almaniyanın “Patriot” ZRK-lər üçün Ukraynaya bağışladığı raketlərin yerini dolduracaq.

Həmçinin bu satış Almaniyanın Ukraynaya raket tədarükünü də dəstəkləyəcək. Belə ki, GEM-T-lər sayəsində öz ehtiyatlarını təmin edəcək Almaniya “Patriot”lar üçün Ukraynaya əlavə raketlərin tədarükünü rahatlıqla həyata keçirə biləcək.

CATEGORIES