“Rheinmetall” şirkəti tarixindəki ən böyük sifarişi alıb

“Rheinmetall” şirkəti tarixindəki ən böyük sifarişi alıb

“Rheinmetall” şirkəti Almaniya Silahlı Qüvvələrinə (Bundesver) və onun müttəfiqlərinə 155 mm-lik artilleriya mərmiləri tədarük edəcək.

“Poliqon” “Rheinmetall”a istinadən xəbər verir ki, bunu üçün şirkət və Bundesverin Avadanlıqlar, İnformasiya Texnologiyaları və Xidmətdə Dəstək Federal İdarəsi (BAAINBw) arasında ümumi dəyəri 8.5 milyard avro təşkil edən çərçivə müqaviləsi imzalanıb.

Bildirilib ki, imzalanan müqavilənin əsas məqsədi Bundesver və onun müttəfiqlərinin inventarında olan 155 mm-lik mərmi ehtiyatını artırmaq, həmçinin hərbi yardım çərçivəsində Ukraynaya dəstək verməkdir.

Müqaviləyə əsasən, mərmilərin çatdırılmasına 2025-ci ilin əvvəlindən başlanacaq və əsas alıcı Almaniya olacaq. Sifariş çərçivəsində Niderland, Estoniya və Danimarkaya da artilleriya mərmiləri tədarük ediləcək.

“Rheinmetall” tərəfindən qeyd olunub ki, bu, şirkət tarixindəki ən böyük sifarişdir.

CATEGORIES
TAGS