“Rheinmetall” Ukraynada istehsal olunacaq zirehli texnikaları açıqlayıb

“Rheinmetall” Ukraynada istehsal olunacaq zirehli texnikaları açıqlayıb

Almaniyanın “Fuchs”/“Fox” zirehli nəqliyyat vasitəsi, “Lynx” KF41 piyada döyüş maşını (PDM) və “Panther” KF51 tankı Ukraynada istehsal olunacaq.

Bu barədə “Poliqon” Almaniyanın “Rheinmetall” şirkətinə istinadən xəbər verib.

Bildirilib ki, bütün bunlar cari ilin may ayında “Rheinmetall” və Ukraynanın “Ukroboronprom” Dövlət Konserni (hazırda “Ukrayna Müdafiə Sənayesi Səhmdar Cəmiyyəti”) arasında imzalanan strateji əməkdaşlıq sazişi çərçivəsində həyata keçiriləcək.

Bu sazişə əsasən, Ukraynaya texnologiya transferini həyata keçirmək üçün “Rheinmetall” ilə “Ukroboronprom” arasında körpü rolunu oynayan birgə müəssisə yaradılması nəzərdə tutulmuşdu. Həmin müəssisənin cari ilin iyun ayının sonuna kimi yaradılması, iyul ayının ortalarından etibarən isə fəaliyyətə başlaması planlaşdırılmışdı.

Burada ilkin mərhələdə Almaniya hökumətinin “Ringtausch” avadanlıq mübadiləsi proqramı çərçivəsində Ukraynaya təhvil verilən, eləcə də birbaşa tədarük edilən avtomobillərə təmirin və texniki xidmətin göstərilməsi, sonrakı mərhələlərdə,isə texnologiyanın hərtərəfli transferinə əsaslanaraq, “Rheinmetall” məhsullarının Ukraynada birgə istehsalı hədəflənib.

Qeyd olunub ki, atılan bu addımın məqsədi Ukraynanın müdafiə sənayesini bərpa etmək, onun istehsalını qərb standartlarına uyğunlaşdırmaq üçün yardım göstərmək və ölkəni səmərəli tərəfdaşa çevirməkdir.

Poliqon.az

CATEGORIES