“Roketsan” “Teber” dəstinin ilk ixracını edib

“Roketsan” “Teber” dəstinin ilk ixracını edib

Türkiyənin “Roketsan” şirkəti tərəfindən istehsal edilən “Teber” tuşlama dəsti Banqladeşə ixrac edilib.

“Poliqon” xəbər verir ki, bununla Banqladeş “Teber” tuşlama dəstinin ilk xarici müştərisi olub.

“Teber” sistemi Banqladeş Hərbi Hava Qüvvələrinin (HHQ) inventarında olan Çinin “Chengdu Lingchuan Special Industry” şirkətinin istehsalı “Chengdu” F-7BG döyüş təyyarələrinə inteqrasiya edilib. İnteqrasiya işləri və sınaqlar tamamlandıqdan sonra “Teber” dəstləri Banqladeşə çatdırılıb.

Banqladeş HHQ-nin inventarında olan “Chengdu” F-7BG təyyarəsinə “Teber” sisteminin inteqrasiyası 2019-cu ilin avqustunda başlanılıb. Çinin “Chengdu” F-7BG döyüş təyyarələri ağıllı bomba atma qabiliyyətinə malik olmadığı üçün inteqrasiya fərqli şəkildə həyata keçirilib.

“Roketsan” şirkəti həmçinin, təyyarəyə əlavə edilmiş sursatları ağıllı şəkildə ayırd edə bilən S-KİT sistemini də inteqrasiya edib.

Qeyd edək ki, “Roketsan” tərəfindən Mk-81 və Mk-82 tipli ümumi təyinatlı aviasiya bombalarının vurma dəqiqliyini artırmaq məqsədi ilə lazer tuşlama dəsti (Lazer Güdüm Kiti) işlənib hazırlanıb.

“Teber”, sadə ümumi təyinatlı aviasiya bombasının inersial və GPS idarəetmə sistemi, həmçinin yarıaktiv lazer tuşlama başlıqları (LTB) tətbiq etməklə idarə olunan “ağıılı” sursat halına gətirilməsidir. Bombanın uc hissəsinə quraşdırıla bilən yarıaktiv LTB və silah sisteminə hərəkətli hədəflərə qarşı dəqiq zərbə qabiliyyəti verən “Təbər”, LTB hissəsinə yaxınlıq sensoru əlavə etmək seçiminə də malikdir.

“Teber-81”/”Teber-82” əsas xassələri: aviasiya bombasının uzunluğu 2100/2600 mm, kütləsi 155/270 kq. Fəaliyyət məsafəsi 2-28 km, tuşlama növü adi İNS, İNS+GPS, İNS+GPS+LTB, İNS+LTB, yaxınlaşma sensoru 2-15 metr təşkil edir. Bombanın dairəvi sapma ehtimalı <3 metr – İNS ilə 10 metr, İNS/GPS ilə 6 metr, İNS/GPS/LTB ilə 3 metrdir. Manevr qabiliyyəti ± 3g, hərəkət edən hədəfin sürəti <40 km/s, atılma hündürlüyü 2000-12000 metr, nəqletmə hündürlüyü 0-12000 metr təşkil edir.

Rizvan Fikrətoğlu

Poliqon.az

CATEGORIES
TAGS