
ROKETSAN və “Junghans Defence” şirkətləri partladıcı başlıqların birgə yaradılması və dünya bazarına çıxarılmasına dair memorandum imzalayıblar.
ROKETSAN şirkətindən “AzeriDefence”yə verilən məlumata görə, EUROSATORY-2016 sərgisində imzalanmış memorandum uzun müddətli ortaqlığı hədəfləyərək yüksək keyfiyyətli, etibarlı partladıcı başlıqların sektordakı sursat istehsalçılarına təqdim olunmasını nəzərdə tutur.
ROKETSAN-ın təcrübəsi və infrastruktrundan, “Junghans”ın təcrübəsindən istifadə edilərək modern texnologiya əsasında hazırlanacaq partladıcı başlıqlar Fransa, Almaniya və beynılxalq bazardakı istehsalçılara təklif olunacaq.



