“Rostex” RPO PDM-A “Şmel-M” odsaçanını modernləşdirir

“Rostex” RPO PDM-A “Şmel-M” odsaçanını modernləşdirir

Rusiyanın “Rostex” Dövlət Korporasiyasının “Yüksək dəqiqlikli komplekslər” holdinqi RPO PDM-A “Şmel-M” reaktiv odsaçan silah sisteminin modernləşdirilməsi üzərində çalışır.

“Poliqon” bildirir ki, bu bardə TASS informasiya agentliyinə “Yüksək dəqiqlikli komplekslər” holdinqindən məlumat verilib.

Məlumatda “Şmel-M” odsaçanının üzərində modernləşdirilmə ilə bağlı fəaliyyətlərin aparıldığı deyilsə də, görülən işlərin nəticələri barəsində əlavə heç nə açıqlanmayıb.

Hazırda Rusiya Ordusunun silahlanmasında yer alan RPO PDM-A “Şmel-M” odsaçanı şəhər şəraitindəki döyüş əməliyyatları və dayaq məntəqələrinə qarşı yerinə yetirilən hücum tapşırıqları zamanı öz effektivliyi ilə seçilir.

Poliqon.az

CATEGORIES
TAGS