Rusiya ağır zərbə tipli PUA hazırlayır

Rusiya ağır zərbə tipli PUA hazırlayır

Rusiyanın “Kronştadt” şirkəti tərəfindən yeni “Sirius” adlı ağır zərbə tipli pilotsuz uçuş aparatının (PUA) ilk prototipinin hazırlanmasına başlanıb.

“Poliqon” xəbər verir ki, bu barədə “Kronştadt” şirkətlər qrupunun baş direktoru Sergey Boqatikov “Dubai Airshow-2021” sərgisində jurnalistlərə açıqlamasında  bildirib.

Sergey Boqatikov qeyd edib ki, “Sirius” PUA peyk idarəetmə sisteminə və idarə olunan aviasiya vasitələri ilə qarşılıqlı əlaqəyə malik “Orion” zərbə PUA-nın daha ağır versiyası olacaq.

2 ədəd mühərriklə təchiz olunan “Sirius” PUA, daha geniş hərəkət radiusuna və daha böyük döyüş yükgötürmə qabiliyyətinə malik olacaq. “Sirius” PUA-nın uçuş çəkisi 2 ton, qanadları arasındakı məsafə 23 m, uçuş müddəti isə 20 saat təşkil edəcək.

Qeyd edək ki, Moskvada keçirilmiş “Ordu-2021” beynəlxalq hərbi-texniki forumu çərçivəsində Rusiyanın Müdafiə Nazirliyi “Sirius” PUA-nın Silahlı Qüvvələrə tədarükü üçün “Kronştadt” şirkəti ilə müqavilə imzalayıb. Yeni PUA Rusiya Ordusunun silahlanmasına “Pacer-RU” adı ilə daxil olacaq.

Poliqon.az

CATEGORIES
TAGS