
“Birləşmiş Aviasiya Korporasiyası” (UAC) Su-35S qırıcı təyyarələrinin yeni partiyasını Rusiya Hava-Kosmik Qüvvələrinə təhvil verib.
“Poliqon” UAC-yə istinadən xəbər verir ki, təyyarələr zavod şəraitində yer və uçuş sınaqlarından uğurla keçdikdən sonra xidməti yerlərinə uçublar.
“Dövlət müdafiə sifarişlərinin qeyd-şərtsiz yerinə yetirilməsi bizim əsas prioritetimizdir. Bu, ilk növbədə operativ-taktiki aviasiya təyyarələrinə aiddir. İstehsal proseslərinin daim təkmilləşdirilməsi və optimallaşdırılması zəruri istehsal tempini təmin etməyə imkan verir və Rusiya Hava-Kosmik Qüvvələrinin ən müasir aviasiya komplekslərinə olan tələbatını ödəyir”, – deyə UAC-nin baş direktoru Vadim Badexa bildirib.






