
İsveçin “Saab” şirkəti Yaxın Şərq regionundakı bir ölkədən iki ədəd “GlobalEye” havadan erkən xəbərdarlıq və nəzarət təyyarəsinin (AEW&C) tədarükü ilə bağlı sifariş alıb.
“Poliqon” “Saab”a istinadən xəbər verir ki, sifarişin dəyəri 10,1 milyard İsveç kronu (bir milyard ABŞ dollar) təşkil edir və təyyarələrin çatdırılması 2030-cu ildə həyata keçiriləcək.
“GlobalEye” hava, dəniz və quru üzərində yerləşən obyektlərin uzaq məsafədən aşkarlanması və tanınmasını təmin edən aktiv və passiv sensorlar kompleksi ilə təchiz edilmiş qabaqcıl çoxsahəli erkən xəbərdarlıq və nəzarət həllidir. Sistem birgə əməliyyat qüvvələrinə real vaxt rejimində məlumat təqdim etməklə ətraf mühit barədə situasiya məlumatlılığını artırır və təhdidlərin erkən aşkar edilməsinə imkan yaradır.




