Serbiyada “Raven 145” kamikadze PUA nümayiş etdirilib

Serbiyada “Raven 145” kamikadze PUA nümayiş etdirilib

Serbiyada keçirilən “Partner 2023” silah sərgisində “Yugoimport SDPR J.P.” şirkəti “Raven 145” kamikadze pilotsuz uçuş aparatını (PUA) nümayiş etdirib.

“Poliqon” “Army Recognition” nəşrinə istinadən xəbər verir ki, PUA müxtəlif hədəfləri məhv edə bilir.

Sistem real vaxt rejimində düşmən müdafiəsinin ön xətdən arxada yerləşən hədəfləri izləmək və zərbə endirmək üçün təyin edilib. O, tanklara, zirehli maşınlara, komanda məntəqələrinə, artilleriya mövqelərinə, həmçinin patrul katerləri və pilotsuz uçuş aparatları kimi hərəkət edən və ya stasionar hədəflərə qarşı istifadə oluna bilər.

“Raven 145” PUA 150 kilometrə qədər uçuş məsafəsinə malikdir, maksimal uçuş sürəti saatda 150 kilometrdir. Onun maksimal uçuş hündürlüyü 2000 metr təşkil edir. PUA-nın yüklü kütləsi 50 kq, boş kütləsi 35 kq, faydalı yükü isə 15 kq-dır.

PUA bərk yanacaqla işləyən raket mühərrikindən istifadə etməklə buraxılır və uçuş zamanı iki silindrli benzin mühərriki işə salınır.

“Raven 145” sistemi müxtəlif platformalardan da idarə oluna bilər. PUA idarəetmə stansiyası TAM markalı yük maşınının şassisinə inteqrasiya olunub və iki kondisionerli idarəetmə pultundan ibarətdir. Bu konfiqurasiyaya 200 kilometr işləmə diapazonu olan antena, həmçinin 50 kilometrə qədər diapazona malik antennalı alternativ portativ idarəetmə variantı daxildir.

Buraxma qurğusu 3,5 ton yük daşıya bilən və 18-ə qədər buraxma konteyneri saxlaya bilən 4×4 təkər formullu TAM markalı yük maşınına quraşdırılıb. PUA-nı yerləşdirmək üçün konteynerlər yük maşınının şassisinə quraşdırılır. Belə konteynerlərin sayı şassinin növündən asılı olaraq 10-dan 27-yə qədər dəyişə bilər.

Hidravlik mexanizm qaldırıcı platformanın köməyi ilə 45 dərəcə bucaq altında buraxmanı asanlaşdırır.

PUA-nın uzunluğu 2,2 metr, qanadlarının açıqlığı isə 2,4 metrdir. Gücləndirici qoşulduqda hündürlüyü 0,4 metrdir. Onun qanadları əvvəlcə konteynerin içinə qatlanır və çıxanda avtomatik açılır.

Bütün buraxma prosesi təxminən bir dəqiqə çəkir, bundan sonra PUA-nı döyüş rejiminə keçirmək olar.

FB IMG 1696399668506 FB IMG 1696399670682 FB IMG 1696399673147

Əhəd Vahidoğlu

CATEGORIES
TAGS