Sərdar Görgüc “Otokar”ın Azərbaycanla bağlı planlarını açıqlayıb

Sərdar Görgüc “Otokar”ın Azərbaycanla bağlı planlarını açıqlayıb

Türkiyənin quru platformaları istehsalçısı olan “Otokar” şirkəti Azərbaycanda servis mərkəzi yaratmaq istəyir.

Bunu POLİQON jurnalna müsahibəsində “Otokar” şirkətinin baş direktoru Sərdar Görgüc deyib.

O bildirib ki, uzun müddətdir Azərbaycanda “Otokar” zirehli maşınları var və onlardan uğurla istifadə olunur: “Biz də lazım olanda həmin texnikalara hər cür logistik dəstəyi veririk və onların döyüşə hazır olması üçün əlimizdən gələni edirik”.

Azərbaycanda görüləcək birgə işlərlə bağlı danışan S. Görgüc şirkətin birinci məqsədinin Azərbaycanda yaxşı texniki xidmət, keyfiyyətli servis və logistika dəstəyi göstərə biləcək infrastruktur yaratmaq olduğunu qeyd edib.

“Otokar”ın baş direktoru ümid edirik ki, yaxın günlərdə onları yaratmaq mərhələsinə çatacaqlar.

Poliqon.az

CATEGORIES
TAGS