SHXÇDX-nin rəisi Ağstafada vətəndaşların qəbulunu həyata keçirəcək

SHXÇDX-nin rəisi Ağstafada vətəndaşların qəbulunu həyata keçirəcək

Mərkəzi icra hakimiyyəti orqanlarının, digər qurumların rəhbərlərinin 2022-ci ilin dekabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq 15 dekabr 2022-ci il tarixdə saat 10:00-da Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) rəisi, general-polkovnik Arzu Rəhimov Ağstafada Gədəbəy, Tovuz, Ağstafa və Qazax rayonlarından olan vətəndaşların qəbulunu həyata keçirəcək.

SHXÇDX-nin mətbuat mərkəzindən “Poliqon”a verilən məlumata görə, qəbula yazılmaq istəyən vətəndaşların 12 dekabr 2022-ci il tarixədək SHXÇDX-nın adları qeyd olunan rayon şöbələrinə, həmçinin rəsmi elektron poçt ünvanına (info@seferberlik.gov.az) müraciət edərək qeydiyyatdan keçmələri zəruridir.

Poliqon.az

CATEGORIES