SHXÇDX-nin rəisi Tərtərdə vətəndaşları qəbul edəcək

SHXÇDX-nin rəisi Tərtərdə vətəndaşları qəbul edəcək

Mərkəzi icra hakimiyyəti orqanlarının, digər qurumların rəhbərlərinin 2022-ci ilin sentyabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq 22 sentyabr 2022-ci il tarixdə saat 11:00-da Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) rəisi, general-polkovnik Arzu Rəhimov Tərtərdə Ağdam, Ağcabədi, Bərdə və Tərtər rayonlarından olan vətəndaşların qəbulu edəcək.

Bu barədə “Poliqon”a SHXÇDX-nin mətbuat mərkəzindən məlumat verilib.

Qəbula yazılmaq istəyən vətəndaşların 20 sentyabr 2022-ci il tarixədək SHXÇDX-nin adları qeyd olunan rayon şöbələrinə, həmçinin rəsmi elektron poçt ünvanına müraciət edərək qeydiyyatdan keçmələri lazımdır.

Poliqon.az

CATEGORIES