“Snayper həddi” müsabiqəsində növbəti çalışmalar yerinə yetirilib

“Snayper həddi” müsabiqəsində növbəti çalışmalar yerinə yetirilib

“Beynəlxalq Ordu Oyunları-2022” çərçivəsində İranın Yəzd şəhərində keçirilən “Snayper həddi” müsabiqəsinin ikinci mərhələsi üzrə müvafiq çalışmalar yerinə yetirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən “Poliqon”a verilən məlumata görə, çalışmaların şərtinə uyğun olaraq 300-500 metr məsafədə yerləşən hədəflər məhv edilib.

Sonra maneələr zolağını dəf edən növbəti snayper heyəti üçün hədəflər müəyyənləşdirilib və 400-600 metr məsafədə yerləşən 4 hədəfə atəş açılıb.

Snayper cütlükləri, həmçinin 150-200, 200-400 və 300-800 metr məsafədə sabit və hərəkət edən beş hədəfi sərrast atəşlə məhv ediblər.

Daha sonra hakim komissiyasının üzvlərinin iştirakı ilə üçüncü mərhələnin püşkatma mərasimi keçirilib.

Qeyd edək ki, üçüncü mərhələnin şərtlərinə görə snayperlər komanda şəklində mübarizə aparacaqlar.

Poliqon.az

CATEGORIES