Suriyada Rusiya istehsalı “Forpost-R” PUA vurulub

Suriyada Rusiya istehsalı “Forpost-R” PUA vurulub

Rusiya kütləvi informasiya vasitələrində və sosial şəbəkə seqmentində Suriyada naməlum pilotsuz uçuş aparatının (PUA) vurulması barədə xəbərlər yayılıb.

“Poliqon” xəbər verir ki, qısa müddət sonra vurulan PUA-nın Rusiyada 2020-ci ildə istehsal edilmiş yeni “Forpost-R” olduğu müəyyən edilib.

Bu tip kəşfiyyat PUA-sı Rusiya ordusunun silahlanmasına yalnız keçən il daxil olmağa başlayıb.

Sözügedən “Forpost-R” PUA Hələbin qərbindəki Kafr Nuran (Kafr Nouran) və Əl -Jeine (Al Jeineh) yaşayış məntəqələri arasında vurulub.

Qeyd edək ki, “Forpost-R” taktiki PUA 2012-ci ildən Ural Mülki Aviasiya Zavodunda (UZQA) İsrailin İMİ konserninin “Searcher MkII” PUA-nın lisenziyası əsasında istehsal edilən aparatdır. Qeyri-rəsmi məlumatlara görə, 2017 -ci ilin sonuna qədər istehsalçı UZQA şirkəti Rusiya qoşunlarına IAI konserninin istehsalı oaln tərkib hissələrinə malik 30 dəst “Forpost” PUA təhvil verib. 2020-ci ildən etibarən “Forpost” PUA-ları yalnız rus komponentlərindən yığılır.

2019-cu ilin avqust ayında Rusiya Müdafiə Nazirliyi, 6000 metr yüksəklikdə uçan, uçuş kütləsi 500 kq və uçuş müddəti 18 saata qədər olan, APD-85 mühərriki ilə təchiz edilmiş təkmilləşdirilmiş “Forpost-R” PUA-ını nümayiş etdirib. “Forpost-R” PUA bir neçə “Forpost” aparatının artıq itirildiyi Suriya və Donbasdakı pilotsuz platformalardan istifadə təcrübəsi nəzərə alınmaqla yaradılıb.

pua7 pua1 pua2 pua3 pua4

Əhəd Əzizov

Poliqon.az

CATEGORIES
TAGS