“Tank biatlonu” müsabiqəsində komandalar normativləri yerinə yetiriblər

“Tank biatlonu” müsabiqəsində komandalar normativləri yerinə yetiriblər

“Beynəlxalq Ordu Oyunları-2022” yarışları çərçivəsində Rusiyanın Moskva şəhərinin Alabino poliqonunda keçirilən “Tank biatlonu” müsabiqəsində iştirakçı ölkələrin nümayəndələri texniki hazırlıq üzrə normativləri yerinə yetiriblər.

Bu barədə “Poliqon”a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Müsabiqədə iştirak edən Azərbaycan hərbi qulluqçuları qarşıya qoyulan tapşırıqların öhdəsindən bacarıqla gəliblər.

Qeyd edək ki, “Tank biatlonu” müsabiqəsi cari ilin avqust ayının 27-dək davam edəcək.

Poliqon.az

CATEGORIES