
“Roketsan” şirkəti tərəfindən istehsal olunan açıqlanmayan sauda TAYFUN Blok-2 ballistik raketi ilk dəfə Türkiyə Quru Qoşunları Komandanlığının inventarına daxil edilib.
“Poliqon” xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Bununla yanaşı, müxtəlif miqdarda BMC istehsalı “Fırtına-2” özüyeriyən artilleriya qurğusu, “Baykar” istehsalı “Akıncı” pilotsuz uçuş aparatı (PUA) və “Makine ve Kimya Endüstrisi” (MKE) istehsalı MPT-76 avtomatı da qəbul proseslərindən keçərək Quru Qoşunularının inventarına daxil edilib.
Həmçinin MKE tərəfindən həftə ərzində müxtəlif sayda və kalibrdə silah-sursatın da Türkiyə Silahlı Qüvvvələrinə çatdırılması həyata keçirlib.




