Təkmilləşdirilən “Vuran” zirehli maşınları təhlükəsizlik qüvvələrinə çatdırılıb

Təkmilləşdirilən “Vuran” zirehli maşınları təhlükəsizlik qüvvələrinə çatdırılıb

Türkiyənin BMC şirkəti tərəfindən istehsal edilən “Vuran” minaya qarşı qorumalı nəqliyyat vasitəsinə mobil tənzimlənəbilən rampa sistemi (MARS) quraşdırılıb.

“Poliqon” xəbər verir ki, MARS sistemi ilə komplektləşdirilən “Vuran” zirehli maşınları Türkiyənin Jandarma Xüsusi Asayiş Komandanlığının (JÖAK) inventarına daxil edilib.

Türkiyə Jandarma Baş Komandanlığının mətbuat xidmətinin məlumatına görə, inventara daxil edilən MARS sistemli “Vuran” zirehli avtomobilləri təyyarə, bina və bu kimi yerlərdəki əməliyyatların operativ həyata keçirilməsi üçün istifadə olunacaq.

Qeyd edək ki, “Vuran” minaya qarşı qorumalı nəqliyyat vasitəsi 4×4 təkər formuluna malikdir. Yüksək manevr imkanlarına sahib olan zirehli maşın güclü mühərriklə təchiz edilib. Maksimum sürəti 110 km/saat təşkil edən “Vuran” 9 nəfər heyəti daşımaq qabiliyyətindədir.

Poliqon.az

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş