Temel Kotil: “Azərbaycan HHQ-yə bütün unikal məhsullarımızla töhfə verməyi qarşımıza məqsəd qoymuşuq”
TUSAŞ Azərbaycan-Türkiyə aviasiya sənayesinin eyni hədəflərlə böyüməsi üçün hər cür imkanı təklif etməyə hazırdı
Türkiyənin TUSAŞ şirkəti aviasiya və kosmik sahələrində imkanlarını genişləndirir. TUSAŞ şirkətinin baş direktoru Temel Kotil POLİQON jurnalına açıqlamasında rəhbərlik etdiyi şirkətin həyata keçiridiyi layihələrdən, ixrac potensialından danışıb.
“Türkiyənin təlim təyyarəsi ehtiyaclarını qarşılamaq üçün inkişaf etdirdiyimiz HÜRKUŞ təlim təyyarəmizin bu il ilk tədarükünü edəcəyik. HÜRJET təlim təyyarəmizin Türkiyənin ilk reaktiv təlim təyyarəsi olması üçün səylərimizi sürətlə davam etdiririk. İlk uçuşunu 18 mart 2023-cü ildə edəcək HÜRJET üçün ilk prototiplərin istehsal xəttində istehsal və montaj işlərini davam etdiririk.
Türkiyənin əsas layihəsi olmaqla yanaşı, ölkəmizi aviasiya sahəsində yüksəklərə daşıyacaq Milli Döyüş Təyyarəsi (MMU) layihəsində hissə istehsalımız fasiləsiz olaraq davam edir. Bu il hissələrin istehsalını başa çatdırıb montaj mərhələsinə keçəcəyik. MMU 18 mart 2023-cü ildə mühərriki işə salacaq və anqardan çıxacaq və biz bu məqsədə nail olacağıq. Sınaq və qiymətləndirmə fəaliyyətlərinin məlumatlarını Türkiyədə saxlamaq üçün bölgə coğrafiyasının ən böyük obyektlərini ölkəmizə gətiririk. Avropanın ikinci, Türkiyənin ən böyük Külək Tuneli Sınaq Mərkəzi, Quş Zərbə Test Mərkəzi, Radar Kesiti Test Mərkəzi, İldırım Test Mərkəzi bunlardan bəziləridir. Beləliklə, yerli və milli 5-ci nəsil döyüş təyyarəmizin test məlumatları ölkəmizdə qalacaq”, – deyə Temel Kotil vurğulayıb.
TUSAŞ şirkətinin baş direktoru bildirib ki, dünyada eyni anda birdən çox helikopter layihəsi hazırlaya bilən ölkələrin sayı bir əlin barmaqlarını keçmir: “Hazırda şirkətimiz bu sahədə dünyada ən mühüm oyunçulardan biridir. T129 ATAK helikopterimiz Türkiyə Silahlı Qüvvələrinin və Daxili İşlər Nazirliyinin komandanlığı altında mühüm uğurlar qazanmağa davam edir. Bu çərçivədə tədarüklərimizi davam etdiririk. ATAK helikopterinin ilk ixracını Filippin Hərbi Hava Qüvvələrinə etdik. Türkiyənin Müdafiə Sənayesi Başkanlığı (SSB) ilə birlikdə həyata keçirdiyimiz Ağır Sinif Hücum Helikopteri layihəsini inkişaf etdirməyə davam edirik. Bu layihə, ölkəmizin müdafiə sənayesi sahəsində vision layihələrindən biri kimi öz yerini tutacaq.
Bundan başqa,Türkiyənin ilk çoxməqsədli helikopteri T625 GÖKBEY-in hazırda sınaq və sertifikatlaşdırma işləri davam edir. Bu il 3 ədəd T625 GÖKBEY çoxməqsədli helikopterimiz Türkiyənin Jandarma Baş Komandanlığına təhvil veriləcək. Xaricdən də mühüm istəklər var, qərar dəqiqləşdikdən sonra onları ictimaiyyətlə paylaşacağıq”.
Temel Kotil TUSAŞ tərəfindən istehsal edilən ANKA orta hendürlük – uzunmüd havada qalma (MALE) sinif PUA-sı 30 saat havada qalma rekordu qırdığını, bu gün başda Türkiyə silahlı qüvvələrinin sərəncamında olmaq üzrə inventardakı vəzifələrini davam etdirdiyini deyib: “30.000 fut yüksəklikdə 350 kq yük daşıya bilən ANKA-mız bütün hava kəşfiyyatı, hədəf aşkarlama/tanma və izləmə missiyalarında gecə-gündüz əməliyyatları yerinə yetirmək qabiliyyətinə malikdir.
AKSUNGUR PUA isə ANKA PUA platformasından əldə etdiyimiz təcrübə nəticəsində 18 ay kimi qısa müddətdə dizayn və istehsal işləri apardığımız, öz kateqoriyasında dünyanın qabaqcıl PUA layihələri arasında yer alan pilotsuz uçuş aparatıdır. Hazırda Hərbi Dəniz Qüvvələri Komandanlığının inventarında xidmət göstərir. Xüsusilə fəlakət hadisələri zamanı kəşfiyyat, müşahidə və aşkarlama işlərini səmərəli həyata keçirmişdir.
Habelə, kosmosda GÖKTÜRK peyklərini inkişaf etdirməyə davam edirik. GÖKTÜRK 1 və GÖKTÜRK 2 səmada milli gözümüz olmağa davam edərkən, biz GÖKTÜRK 3 və GÖKTÜRK Y adlı peyk inkişaf layihələrini icra edirik. Digər tərəfdən dünyada az sayda ölkədə yer alan Kosmos Sistemləri İnteqrasiya və Test Mərkəzində Türkiyənin ən böyük peyk layihələrinin inteqrasiyasını və tamamən kosmos şəraiti tam müşahidə edilərək həyata keçirilən sınaqları tamamlamağa çalışırıq. Hazırda, Milli Kosmik Proqramına maksimum töhfə veririk”.
Temel Kotil bildirib ki, TUSAŞ bir tərəfdən təyyarə, helikopter, PUA və kosmos sahələrində orijinal layihələr hazırlayarkən, digər tərəfdən yarım əsrlik təcrübəsi ilə aviasiya konstruksiyaları sahəsində, o cümlədən dizayn, istehsal və tədarük fəaliyyətlərini uğurla davam etdirir.
“Orijinal məhsullarımız arasında olan ANKA-nın ilk ixracını ötən aylarda Tunisə tamamladıq. Qazaxıstan üçün ixrac müqaviləmizə əlavə olaraq, birgə istehsal çərçivəsində işlərimiz davam edir. Orijinal məhsullarımızın beynəlxalq səviyyədə istehsalına töhfə vermək üçün, biz ekosistem yaratmağa çalışırıq.
Dünyanın aviasiya orqanları tərəfindən qəbul edilən T129 ATAK helikopterinin tədarükü davam edir. Filippin Hərbi Hava Qüvvələrinə təhvil verdiyimiz 2 ədəd ATAK helikopteri ilə ilk ixrac uğurumuzu əldə etdik. Yaxın gələcəkdə daha 4 ədəd helikopterin Filippinə çatdırılması üçün səylərimizi davam etdiririk. Təyyarə qrupumuzda fəaliyyətlərimiz tam sürətlə gedir; 2 ədəd HÜRKUŞ-u da Nigerə ixrac edəcəyik. HÜRJET-in istehsal və montaj işləri davam edir. Malayziyada keçirilən təlim təyyarəsi tenderində iddialı iştirak etdik və nəticələrini izləyirik. Yeni Nəsil Rabitə Peyki olaraq da adlandırılan SMALL GEO kateqoriyasında hazırladığımız peykimizin ixracı üzərində işlərimiz yolundadır”, – deyə TUSAŞ şirkətinin baş direktoru vurğulayıb.
Temel Kotil TUSAŞ-ın Azərbaycanda həyata keçirdiyi layihələrdən də söz açıb: “Dost və qardaş ölkə olan Azərbaycanın Hərbi Hava Qüvvələrinə yerli və milli imkanlarla hazırladığımız və istehsal etdiyimiz bütün unikal məhsullarımızla töhfə verməyi qarşımıza məqsəd qoymuşuq. Bu vəsilə ilə “bir millət, iki dövlət” devizi altında aviasiya sənayemizin də eyni hədəflərlə böyüməsi üçün hər cür imkan və qabiliyyəti təklif etməyə hazırıq. 2023-cü il hədəflərimizə uyğun olaraq inkişaf etdirdiyimiz MMU milli döyüş təyyarəsi başda olmaqla dünyanın yalnız bir neçə ölkəsinin sahib olduğu texnologiyaların ölkəmizdə və dolayısı ilə qardaş ölkə Azərbaycanda təsis olması üçün hədəflərimizi həmişə yüksək tuturuq. Azərbaycan başda olmaqla regionun müdafiə sənayesinin gələcəyinə güc qatmaq üçün səylərimizi davam etdiririk”.
Zaur Babaşov
Poliqon jurnalı