DünyaSənaye

Terrorla mübarizə məqsədilə kamikadze-robot yaradılıb – FOTOLAR

Türkiyənin “Harp Arge” şirkəti terrorla mübarizə məqsədilə kamikadze-robot yaradıb.

Bu barədə “AzeriDefence” “Harp Arge” şirkətinin saytına istinadən məlumat verib.

Kənardan idarə olunan robot 6×6 təkər formuluna sahibdir. 5 kq partlayıcı daşıya bilən taktik robotun sürəti 1,5 metr/saniyə təşkil edir.

Robotun çətin ərazi şərtləri üçün dizayn edilmiş quruluşu ona bütün hava şəraitlərində hərəkət etməyə imkan verir. Bir kilometr məsafədən idarə olunması mümkün olan robot 15 saat əməliyyat apara bilir.

Bundan əlavə dəyişdirilən kamera variantları, ehtiyaca görə əlavə xüsusiyyətlər və fərqli faydalı yüklərə cavab verə bilməsi üçün robotun şassisi açıq dizayn edilib.

1 66 001 e1486375949856

1 22 001 e1486375975119

Back to top button