Tovuz istiqamətində Ermənistan silahlı qüvvələrinə məxsus kvadrokopter zərərsizləşdirilib

Tovuz istiqamətində Ermənistan silahlı qüvvələrinə məxsus kvadrokopter zərərsizləşdirilib

Martın 11-i saat 12:10-da Ermənistan silahlı qüvvələrinin bölmələri Tovuzqala rayonunun Çinarlı yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Tovuz rayonunun Əsrik yaşayış məntəqəsi istiqamətindəki mövqeləri üzərində kvadrokopter vasitəsi ilə kəşfiyyat uçuşları həyata keçirməyə cəhd göstərib.

Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən “Poliqon”a verilən məlumata görə, Azərbaycan Ordusunun bölmələrinin sayıqlığı nəticəsində aşkar olunan pilotsuz uçuş aparatı xüsusi texniki vasitələrlə zərərsizləşdirilib.

CATEGORIES