Xəbərlər

Türk şirkəti insansız silahlı katerini təqdim edib -FOTO

Türkiyənin “ARES Tərsanəsi” və “Meteksan Savunma” şirkətlərinin birgə hazırladığı insansız katerin təqdimatı keçirilib.

“Azeri Defence”nin məlumatına görə, “Ulaq” adlanan insansız silahlı katerin (Silahlı İnsansız Deniz Aracı -SİDA) istehsalı dekabr ayında tamamlanacaq.

400 kilometr üzmə uzaqlığına, 65 km/saat maksimum sürətə, gündüz və gecə görmə qabiliyyətinə, milli şifrələnmiş rabitəyə sahib SİDA müasir kompozit materiallardan inşa edilir.

SİDA maşınlar üzərində yerləşdirilmiş komanda-nəzarət mərkəzindən, qərargahlardan və ya gəmilərdən idarə oluna biləcək.

“Ulaq” seriyası üzrə müxtəlif təyinatlı katerlərin yaradılması planlaşdırılır.

SİDA kateri ROKETSAN şirkətinin istehsalı olan 4 ədəd “Cirit” və 2 ədəd L-UMTAS raketi ilə silahlandırılacaq. Katerin silahlardan atış sınaqlarının 2021-ci ilin birinci rübündə keçirilməsi planlaşdırılır.

 

Back to top button