HavaXəbərlər

Türkiyə HHQ cari ilin sonunda C-130J təyyarələrini təhvil alacaq

Cari ilin sonuna qədər iki ədəd C-130J təyyarəsinin Türkiyə Hərbi Hava Qüvvələrinin (HHQ) aviasiya parkına daxil edilməsi hədəflənir.

Bu barədə “Poliqon” Türkiyə Milli Müdafiə Nazirliyinə istinadən xəbər verib.

Bildirilib ki, Türkiyə HHQ-nin ehtiyacları çərçivəsində həyata keçirilən təyyarə tədarük prosesi planlaşdırılmış qrafikə uyğun olaraq davam edir. Mövcud planlamaya əsasən, bu ilin sonuna qədər iki ədəd C-130J təyyarəsinin aviasiya parkına daxil edilməsi hədəflənir. Qalan təyyarələrin təhvil verilməsi isə müəyyən edilmiş tədarük proqramı çərçivəsində mərhələli şəkildə həyata keçiriləcək.

Xatırladaq ki, ötən il Türkiyə Böyük Britaniyadan 12 ədəd ikinci əl C-130J hərbi nəqliyyat təyyarəsi satın alıb.

Back to top button