Türkiyə HHQ-nin AS-532 “Cougar” helikopterləri modernləşdiriləcək

Türkiyə HHQ-nin AS-532 “Cougar” helikopterləri modernləşdiriləcək

ASELSAN, ASFAT və “Airbus” şirkətləri Türkiyə Hərbi Hava Qüvvələrinin (HHQ) inventarında yer alan AS-532 “Cougar” helikopterlərinin avionika sistemlərini modernləşdirəcək.

“Poliqon” xəbər verir ki, bunun üçün IDEF-2023 sərgisi çərçivəsində tərəflər arasında müqavilə imzalanıb.

Müqaviləyə əsasən, Türkiyə HHQ-yə məxsus 20 ədəd AS-532 “Cougar” helikopterinin avionikası yenilənərək, milli sistemlərlə təchiz olunacaq.

Poliqon.az

CATEGORIES
TAGS