Türkiyə HHQ təkmilləşdirilən KC-135R tanker təyyarəsini təhvil alıb

Türkiyə HHQ təkmilləşdirilən KC-135R tanker təyyarəsini təhvil alıb

Türkiyənin Hərbi Hava Qüvvələri (HHQ) ABŞ-ın “Field Aerospace” şirkəti tərəfindən modernləşdirilən növbəti KC-135R tanker təyyarəsini təhvil alıb.

“Poliqon” xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Modernləşdirilmə nəticəsində KC-135R tanker təyyarəsi “Blok 45” səviyyəsinə yüksəldilib və bununla da təyyarənin xidmət dövrü daha 15 il artırılıb.

Qeyd edək ki, modernizasiya işləri çərçivəsində Türkiyə HHQ-ə məxsus olan 7 ədəd KC-135R tanker təyyarəsinin təkmilləşdirilərək 2023-cü ilə qədər təhvil verilməsi planlaşdırılıb.

Poliqon.az

CATEGORIES
TAGS