Türkiyə müdafiə sənayesinin 2024-cü ildə ixracatı 7 milyard dollar olub
Türkiyənin müdafiə və aviasiya sənayesi sektorunun 2024-cü ildə ixracatı 29% artaraq 7.1 milyard ABŞ dolları olub.
“Poliqon” xəbər verir ki, bu barədə Türkiyənin müdafiə sənayesi başqanı Haluk Görgün özünün “X” hesabında paylaşım edib.
Paylaşımda bunun Türkiyənin müdafiə və aviasiya sənayesi sektoru üçün yeni rekord olduğu bildirilib: “Bu rəqəm 2024-cü il üçün hədəfimiz olan 6.5 milyard dolları 11% üstələyib. 180 fərqli ölkəyə məhsul ixrac edərək Türkiyənin adını qürurla duyururuq”.
Qeyd edək ki, Türkiyə İxrcatçılar Məclisinin (TİM) hesabatında müdafiə və aviasiya sənayesi sektorunun 2024-cü il üzrə ixracatı 6.7 milyard ABŞ dolları göstərilib.
TAGS Manşet