Türkiyə müdafiə sənayesinin cari il üzrə ixracı 4 milyard dollara yaxınlaşır
Türkiyə İxrcatçılar Məclisi (TİM) müdafiə və aviasiya sənayesi sektorunun 2023-cü ilin sentyabr ayında ixrac etdiyi məhsulların dəyərini açıqlayıb.
“Poliqon” TİM-ə istinadən xəbər verir ki, Türkiyənin müdafiə və aviasiya sənayesi şirkətləri cari ilin sentyabrında 430.3 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib.
Ötən ilin eyni dövrü ilə müqayisədə (2022-ci il sentyabr – 166.2 milyon ABŞ dolları) 2023-cü ilin sentyabr ayında ixrac olunan məhsulların dəyəri artıb.
Qeyd edək ki, 2023 il üçün ixracat hədəfi 6 milyard dollar olaraq müəyyənləşdirilən Türkiyə müdafiə sənayesinin cari il üzrə hazırkı ixracı 3.8 milyard ABŞ dolları təşkil edir.
TAGS Manşet