Türkiyə nümayəndə heyəti HHQ-nin hərbi hissələrini ziyarət edib

Türkiyə nümayəndə heyəti HHQ-nin hərbi hissələrini ziyarət edib

Azərbaycan ilə Türkiyə arasında 2022-ci il üçün ikitərəfli hərbi əməkdaşlıq proqramına uyğun olaraq hər iki ölkənin Hərbi Hava Qüvvələrinin (HHQ) nümayəndələri arasında keçirilən 13-cü Qərargah danışıqları davam edir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən “Poliqon”a verilən məlumata görə, plana uyğun olaraq nümayəndə heyəti HHQ-nin hərbi hissələrini ziyarət edib.

Qonaqlara hərbi hissələrin yaranma tarixi və fəaliyyəti, birinci Qarabağ və Vətən müharibəsində keçdiyi döyüş yolları barədə ətraflı brifinq təqdim olunub.

Sonra türkiyəli nümayəndə heyətinə hərbi hissələrin silahlanmasında olan döyüş texnikası və aviasiya-uçuş vasitələri haqqında geniş məlumat verilib.

Sonda qarşılıqlı hədiyyələr təqdim edilib və xatirə şəkli çəkdirilib.

f9fdae8a062eae2d4437b01a6318d129 de9572037ee4eeffce1c71775cf7eb4e 30eed0db7e80bfaaa098a57f7093bcf4 e22542fac77759f4dcde37bdfe151c7c bee2b3afbef388a66697fe52dd667191 4d6711f5ee94eaa8274fee68a9524f0d

Poliqon.az

CATEGORIES