Türkiyə Silahlı Qüvvələri “Altay” tankının qəbul sınaqlarına başlayır

Türkiyə Silahlı Qüvvələri “Altay” tankının qəbul sınaqlarına başlayır

BMC şirkəti tərəfindən İstehsal edilən “Altay” tankının ilk partiyası 2023-cü il aprelin 23-də Türkiyə Silahlı Qüvvələrinə təhvil veriləcək.

“Poliqon” xəbər verir ki, bunu “TRT Haber” kanalına açıqlamasında BMC şirkətinin baş direktoru Murat Yalçıntaş deyib.

M.Yalçıntaş bildirib ki, aprel ayında Türkiyə Silahlı Qüvvələrinə sınaqlarının keçirilməsi üçün iki ədəd “Altay” tankı veriləcək. 2024-cü ilin sonlarına qədər tamamlanması planlaşdırılan sınaqlardan sonra, Türkiyə Silahlı Qüvvələrinin rəyi əsasında BMC şirkəti “Altay”ın seriyalı istehsalına başlayacaq.

2025-ci ildə başlanacaq seriyalı istehsal zamanı “Altay” tankında Cənubi Koreya istehsalı olan güc paketindən (mühərrik və transmissiya) istifadə ediləcək.

2026-cı ilin ikinci yarısından etibarən “Altay” “BMC Power” tərəfindən istehsal edilən yerli mühərriklə təchiz olunacaq və tankın seriyalı istehsalı bu formada aparılacaq.

Poliqon.az

CATEGORIES
TAGS