Türkiyədə “Kapgan” ağır döyüş robotunun ilk atış sınağı keçirilib

Türkiyədə “Kapgan” ağır döyüş robotunun ilk atış sınağı keçirilib

Türkiyənin HAVELSAN şirkəti tərəfindən hazırlanan “Kapgan” yerüstü ağır döyüş robotunun ilk atış sınağı keçirilib.

“Poliqon” “Anadolu Agentliyi”nə istinadən xəbər verir ki, sınaq “Samsun Yurt Savunma” şirkətinin Türkiyənin Samsun şəhərində yerləşən atış poliqonunda baş tutub.

Bildirilib ki, “Kapgan” ilk atışını “Unrobotics” şirkətinin döyüş moduluna quraşdırılmış “Canik” M2 QCB 12.7 mm-lik ağır pulemyotu ilə yerinə yetirib. Sınaq zamanı “Kapgan”ın həm gündüz, həm də gecə vaxtı dəqiq atəş açmaq bacarığı yoxlanılıb.

Türkiyə Silahlı Qüvvələrinin silahlanmasına yeni qəbul olunan M2 QCB 12.7 mm-lik ağır pulemyotu da ilk dəfə yerüstü döyüş robotuna quraşdırılaraq istifadə edilib.

Bundan başqa atış sınaqlarının yekunlaşmasının ardından döyüş robotunun çətin ərazi şəraitində hərəkət etmək qabiliyyəti də test olunub.

Qeyd edək ki, HAVELSAN “Kapgan”ın yaradılması ilə bağlı ilk dəfə ötən ilin oktyabrında məlumat verilib və döyüş robotunun texniki xüsusiyyətlərini açıqlayıb. Şirkət 2022-ci ilin 25-28 oktyabrında İstanbulda keçirilən SAHA EXPO sərgisi zamanı “Kapgan”ı ilk dəfə ictimaiyyət qarşısında nümayiş etdirib.

Poliqon.az

CATEGORIES
TAGS