Türkiyədə zirehli texnikalar üçün genişzolaqlı mini peyk sistemi hazırlanıb

Türkiyədə zirehli texnikalar üçün genişzolaqlı mini peyk sistemi hazırlanıb

Türkiyənin “CTech” şirkəti tərəfindən zirehli texnikalar üçün genişzolaqlı mini peyk sistemi inkişaf etdirilib.

“Poliqon” xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Sənayesinin (SSB) başqanı İsmayıl Dəmir özünün “Twitter” hesabında paylaşım edib.

O bildirib ki, layihə üzrə dəyişdirilə bilən bant genişliklərində yerli tezlik atlamalı hərbi və mülki modemlə işləyən mini peyk sistemi (SOTM) hazırlanıb.

SSB başqanı layihənin uğurla başa çatdırıldığını və inkişaf etdirilən sistemin “Vuran” zirehli nəqliyyat vasitəsinə inteqrasiya olunduğunu qeyd edib.

Poliqon.az

CATEGORIES
TAGS