Türkiyənin 2023-cü il üçün müdafiə və təhlükəsizlik büdcəsi açıqlanıb

Türkiyənin 2023-cü il üçün müdafiə və təhlükəsizlik büdcəsi açıqlanıb

Türkiyənin 2023-cü ildə müdafiə və təhlükəsizlik sahəsindəki büdcəsi cari ilə nisbətən daha çox olacaq.

“Poliqon” xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin köməkçisi Fuad Oqtay jurnalistlər üçün keçirilən mətbuat konfransında deyib.

Fuad Oqtay bildirib ki, 2023-cü ildə Türkiyənin müdafiə və təhlükəsizlik sahəsindəki büdcəsi 468,7 milyard Türk lirəsi (25.2 milyard ABŞ dolları) həcmində olacaq.

Qeyd edək ki, 2021-ci ildə Covid pandemiyası ilə əlaqədar Türkiyənin müdafiə və təhlükəsizlik üçün ayrılan büdcəsi 139,7 milyard Türk lirəsi (o dövrün məzənnəsinə görə 15,4 milyard ABŞ dolları), cari ildə isə 181 milyard Türk lirəsi (indiki məzənnə ilə 9,7 milyard ABŞ dolları) təşkil edib.

Poliqon.az

CATEGORIES
TAGS