
Türkiyənin C-160 təyyarəsi texniki nasazlıq səbəbindən təcili eniş edib
Türkiyənin Kayseridəki 12-ci Hava Nəqliyyatı Baza Komandanlığından təlim üçün havaya qalxan C-160 hərbi nəqliyyat təyyarəsi texniki nasazlıq səbəbindən təcili eniş etməli olub.
Bu barədə “Poliqon” Türkiyə Milli Müdafiə Nazirliyinin Mətbuat Xidmətinə istinadən xəbər verib.
Bildirilib ki, təcili eniş edən C-160 təyyarəsinə cüzi ziyan dəyib. Pilotların və ekipajın səhhəti isə yaxşıdır.