Türkiyənin “Hürjet” təlim təyyarəsi ilk uçuşunu həyata keçirib

Türkiyənin “Hürjet” təlim təyyarəsi ilk uçuşunu həyata keçirib

Türkiyənin TUSAŞ şirkəti tərəfindən milli və yerli imkanlar hesabına hazırlanan reaktiv mühərrikli “Hürjet” təlim təyyarəsi ilk uçuşunu uğurla həyata keçirib.

“Poliqon” xəbər veir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan özünün “Twitter” hesabında paylaşım edib.

İstehsalçı şirkətin bildirdiyinə görə, uçuş zamanı 26 dəqiqə havada qalan “Hürjet” 14000 ft (4.2 km) yüksəkliyə qalxıb və 250 knot hava sürətinə çatıb.

Qeyd edək ki, ötən ilin dekabr ayında TUSAŞ şirkəti “Hürjet” təlim təyyarəsini ilk dəfə anqardan çıxarıb. Cari ilin fevralında isə təyyarənin mühərrikini işə salıb.

Türkiyənin Müdafiə Sənayesi Başqanlığı (SSB) tərəfindən başladılan layihə əsasında hazırlanan “Hürjet” təlim təyyarəsi Hərbi Hava Qüvvələrinə (HHQ) 4-cü və 5-ci nəsil döyüş təyyarəsi pilotlarının hazırlanmasında kömək edəcək. Bundan başqa təyyarə hücum əməliyyatlarının yerinə yetirilməsi üçün döyüş bacarıqlarına da sahib olacaq.

Xatırladaq ki, Türkiyənin Müdafiə Sənayesi (SSB) başqanı İsmayıl Dəmir 2021-ci ilin martında verdiyi açıqlamada TUSAŞ şirkəti tərəfindən “Hürjet”in vertikal qalxma və enmə (VTOL) xüsusiyyətlərinə sahib olması və “TCG Anadolu” amfibiya hücum gəmisində istifadə edilə bilməsi üçün üzərində işlərin görüldüyünü bildirib.

Poliqon.az

CATEGORIES
TAGS