TUSAŞ “Gökbey” helikopterinin ilk partiyasını yaxın müddətdə sifarişçiyə çatdıracaq

TUSAŞ “Gökbey” helikopterinin ilk partiyasını yaxın müddətdə sifarişçiyə çatdıracaq

TUSAŞ şirkəti Türkiyənin Jandarma Baş Komandanlığına 100 ədəd T625 “Gökbey” yüngül çoxməqsədli helikopteri tədarük edəcək.

“Poliqon” “Savunmasanayist”ə istinadən xəbər verir ki, bunu Türkiyədə keçirilən 4-cü Hərbi Radar və Sərhəd Təhlükəsizliyi Sammitində çıxış edən TUSAŞ şirkətinin baş direktoru Temel Kotil açıqlayıb.

Temel Kotil bildirib ki, “Gökbey” helikopterinin 3 ədədlik ilk partiyası yaxın müddət ərzində sifarişçiyə təhvil veriləcək. Onlar Jandarma Baş Komandanlığının aviasiya parkında yer alan köhnəlmiş UH-1 helikopterlərini əvəz edəcək.

12 nəfər sərnişin tutumuna malik çoxməqsədli helikopterin ümumi uçuş çəkisi 6 ton, maksimum sürəti 306 km/saat, xidmət tavanı 20.000 fut və uçuş müddəti isə 3,8+ saatdır. Xarici yanacaq çəni ilə 5 saatdan çox havada qala bilən “Gökbey” maksimum 948 kilometr məsafəyə uça bilir.

CATEGORIES
TAGS