TUSAŞ Qazaxıstana “Anka” PUA ixrac edib

TUSAŞ Qazaxıstana “Anka” PUA ixrac edib

Xəbər verdiyimiz kimi, Türkiyənin TUSAŞ şirkəti 3 ədəd “Anka” pilotsuz uçuş aparatı (PUA) ixrac edib.

“Poliqon”un məlumatına görə, sözügedən “Anka” PUA-ları Qazaxıstan Silahlı Qüvvələrinə çatdırılıb.

Tədarük edilən “Anka” PUA-ları 2020-ci ilin oktyabrında Qazaxıstanın “Kazarnaulyexpor” şirkəti ilə TUSAŞ arasında imzalanmış alqı-satqı müqaviləsi çərçivəsində həyata keçirilib.

Qazaxıstana ixrac edilən “Anka” PUA-nın “Blok B” (“Anka-B”) konfiqurasiyası olması güman edilir. Bununla “Anka” PUA-nın ixrac olunduğu ölkənin sayı ikiyə çatıb.

Xatırladaq ki, TUSAŞ şirkəti tərəfindən indiyədək 50-dən çox “Anka” PUA istehsal edilib və Türkiyə Ordusunun silahlanmasına verilib. Bu PUA-ların ilk xarici müştərisi Tunisə 80 milyon ABŞ dolları dəyərində olan müqavilə çərçivəsində ilk partiyada 3 ədəd “Anka-S” PUA tədarük edilib. “Anka-S”lərin qalan hissəsinin 2022-ci ildə Tunis Silahlı Qüvvələrinə çatdırılması planlaşdırılıb.

Orta hündürlük – uzun müddət havada qalan (MALE) PUA sinfinə aid edilən “Anka” PUA TUSAŞ şirkəti tərəfindən milli və yerli imkanlarla hazırlanır və dizayn edilir.

Şirkət mütəxəssislərinin sözlərinə görə, hazırda TUSAŞ “Anka” PUA-ların ixracı üçün bir sıra ölkələrlə danışıqlar aparır və hətta bəzi ölkələrlə aparılan danışıqlar yekunlaşma mərhələsindədir.

Poliqon.az

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş