Ukrayna HDQ üçün inşa edilən “Hetman İvan Vıxovski” korveti suya buraxılıb

Ukrayna HDQ üçün inşa edilən “Hetman İvan Vıxovski” korveti suya buraxılıb

Türkiyənin STM şirkəti tərəfindən Ukrayna Hərbi Dəniz Qüvvələri (HDQ) üçün inşa edilən “Hetman İvan Vıxovski” korveti suya buraxılıb.

“Poliqon” xəbər verir ki, bu barədə Ukrayna Hərbi Dəniz Qüvvələrinin “Facebook” hesabında paylaşım edilib.

Paylaşımda bildirilib ki, bu münasibətlə keçirilən tədbirdə Ukraynanın müdafiə naziri Rüstəm Umerov, Hərbi Dəniz Qüvvələrinin komandanı Aleksey Neijpapa, STM şirkətinin baş direktoru Özgür Güleryüz və digər rəsmilər iştirak edib.

Qeyd edək ki, “Hetman İvan Vıxovski”, Ukrayna Korvet İnşa Layihəsi çərçivəsində bu ölkənin Hərbi Dəniz Qüvvələri üçün inşa olunan “Ada” sinifli ikinci korvetdir. Layihənin ilk korveti olan “Hetman İvan Mazepa” 2022-ci ilin oktyabr ayında suya endirilib.

Hazırda STM şirkəti “Hetman İvan Mazepa” korvetinin dəniz sınaqlarını davam etdirməkdədir.

CATEGORIES
TAGS