Ukrayna rusların “Armata”sına rəqib tank yaradır – FOTOLAR

 

Ukrayna hərbi sənaye kompleksi Rusiyanın yeni nəsil T-14 “Armata” tankına rəqib “Tireks”in yaradılması işini yekunlaşdırır.

“AzeriDefence”nin Ukrayna mediasına istinadən verdiyi məlumatına görə, “Tireks”in əsas özəlliklərindən biri onun kumulyativ sursatlara qarşı dözümlü olmasındadır.

Tank rusların “Armata”sında olduğu kimi üç nəfərlik ekipaj sayəsində idarə olunur. “Tireks”in qülləsi (modul) də insansızdır.

“Tireks” 125 mm-lik top, “Noj” və “Duplet” dinamik müdafiə qurğuları ilə təchiz edilib. Top və pulemyotun döyüşə hazılr vəziyyətə gətirilməsi, atəş açılması distant şəkildə idarə olunur.

Sovet tank sənayesinin T-64 və T-72 tanklarının bazasında yaradılan “Tireks”, buna baxmayaraq, ukraynalı mütəxəssislərin tamn yeni məhsulu hesab oluna bilər.

Məlumatda o da qeyd olunub ki, “Tireks” Xarkov Zirehli Tank Zavodunda yaradılıb. Buna qədər isə tankın yaradılması işləri “Arey Mühəndis Qrupu” tərəfindən aparılıb.

Xatırladaq ki, 2016-cı ildə Ukraynanın yeni tank yaradılması prosesində problem yaranmışdı. Ukraynanın “Defense Express” xəbər saytı ötən il yazmışdı ki, 2016-cı ilin noyabrın 13-dən 14-nə keçən gecə naməlum şəxslər tankın yaradıldığı müəssisənin inzibati binasına daxil olaraq baş konstruktoru və mühafizə xidmətinin rəisini girov götürüblər. 6 saata yaxın davam edən danışıqlardan sonra naməlum şəxslər oranı tərk ediblər. Onların tutulması üçün polis heç bir tədbir görməyib. Sonradan ofisə baxış zamanı bəzi konstruktor işlərinin – sənədlərin yoxa çıxdığı bəlli olub. Bu səbəbdən də tankın yaradılması üzərində aparılan işlər qeyri-müəyyən vaxta qədər dayandırılıb.

tireks-1479235470.t

tireks3

 

tireks-1484417451

CATEGORIES