Xəbərlər
Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah rəisi COVID-19-a yoluxub

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-polkovnik Ruslan Homçak COVID-19 virusuna yoluxub.
Azeri Defence saytının məlumatına görə, bunu Ukrayna Silahlı Qüvvələrinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Boqdan Şenik deyib.
Onun sözlərinə görə, general-polkovnik Ruslan Homçakın COVID-19 analizinin nəticəsi müsbət çıxıb.
“Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Səhiyyə Nazirliyinin və hərbi həkimlərin tövsiyələrinə uyğun olaraq özünü təcrid edib, 14 gün müddətində karantində olacaq”. Hazırda general-polkovnik Ruslan Homçakın səhhəti qənaətbəxşdir”, – deyə Ukrayna Müdafiə Nazirliyindən bildirilib.
Ukrayna mediasında yer alan məlumatlara görə, bu günə qədər Ukrayna Silahlı Qüvvələrinin 6 hərbçisi COVID-19 infeksiyasından ölüb.




