Ukrayna Silahlı Qüvvələrinə 122 mm-lik artilleriya mərmiləri tədarük edilib

Ukrayna Silahlı Qüvvələrinə 122 mm-lik artilleriya mərmiləri tədarük edilib

“Ukroboronprom” Dövlət Konserni Ukrayna Silahlı Qüvvələrinə 122 mm-lik artilleriya mərmiləri tədarük edib.

“Poliqon” “Ukroboronprom”a istinadən xəbər verir ki, dövlət konserni bu sursatları adını açıqlamadığı NATO ölkəsi ilə əməkdaşlıq çərçivəsində ölkə xaricində istehsal edir.

Bildirilib ki, təhvil verilən 122 mm-lik mərmi Ukrayna Silahlı Qüvvələrinin artilleriya bölmələrinin D-30 yedəyə alınan haubitsaları (maksimum atəş məsafəsi – 15400 m) və 2C1 “Qvozdika” özüyeriyən haubitsaları (maksimum atəş məsafəsi – 15200 m) tərəfindən istifadə olunur.

Bu artilleriya mərmiləri 120 mm-lik minaatan və 125 mm-lik tank sursatlarından sonra ukraynalı mütəxəssislərin iştirakı ilə yerli texnologiya əsasında ölkə xaricindəki müəssisələrdə istehsal edilən üçüncü sursatdır.

Qeyd edək ki, hazırda Ukrayna müdafiə sənayesi tərəfindən 125 mm-lik tank, 82 və 120 mm-lik minaatan, eləcə də 122 və 152 mm-lik artilleriya mərmiləri istehsal olunur.

Poliqon.az

CATEGORIES
TAGS