Xəbərlər

Ukrayna Təhlükəsizlik Xidməti Rusiyaya qaçaqmalçılıq yolu ilə həyata keçirilən tədarükün qarşısını alıb

Rusiyada Ukrayna aqreqatları olmadan keçinə bilmirlər

Ukrayna Təhlükəsizlik Xidməti Rusiya Donanmasının maraqları üçün qaçaqmalçılıq yolu ilə həyata keçirilən tədarükün qarşısını alıb.

Bu barədə “Poliqon” “Defence Express” nəşrinə istinadən məlumat verib.

Məlumatda bildirilib ki, istənilən gəmidə olan, lakin yüksək texnoloji avadanlıq olmasa belə, Rusiyada istehsal olunmayan bu tip aqreqatları sanksiyalar səbəbindən ruslar az yerdən ala biləcəklər.

Məsələ ondadır ki, bəzi işbazlar Rusiya Hərbi Dəniz Donanması üçün ehtiyac olan freon kompressorlarını mülki məhsullar adı altında Ukrayna müəssisələrindən birindən çıxararaq qanunsuz ixrac etmək istəyiblər. Bu freon kompressorları müxtəlif təyinatlı gəmi soyuducu sistemlərinin kompressor-kondensator aqreqatlarının bir hissəsi kimi istifadə edilə bilir.

Aqreqatlar Ukrayna Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən Zaparojye gömrük məntəqəsində saxlanılıb.

Əks-kəşfiyyat orqanları Ukrayna istehsalı aqreqatların son istehlakçısının Hərbi Dəniz Donanmasının mənafeyi naminə müdafiə sifarişlərini yerinə yetirən Rusiya Federasiyasının hərbi-sənaye kompleksinin müəssisələri olduğunu aşkar edib. Beləliklə, göstərilən mallar Rusiyanın idxal əvəzetməsi üzrə dövlət proqramının həyata keçirilməsi çərçivəsində Rusiya müəssisəsinin istehsalı olaraq son müştəriyə çatdırılıb.

“Defence Express”in “OSINT Group” bölməsinə görə, “bu məhsulların baş sifarişçisi, dövlət müdafiə sifarişini təmin etmək üçün Rusiya Federasiyası Müdafiə Nazirliyinin Dövlət Müdafiə Satınalmaları Departamentinin Gəmilərin dəniz silahları ilə təminatı İdarəsi ola bilər. Rusiya bu cür aqreqatların öz istehsalına sahib deyil və SSRİ-nin dağılmasından bəri davamlı olaraq müxtəlif dəniz nəqliyyatı vasitələri üçün avadanlıqları satın alır, çünki belə avadanlıqlar mövcud dəniz texnikalarının müxtəlif təmir işləri zamanı və eyni zamanda yeni tikilmiş modellərin təchizatı üçün daim dəyişdirilməli olacaq vahidlərdir.

Əvvəllər bu açıq tenderlər yolu ilə həyata keçirilirdi və indi Rusiyada özlərini bu cür komponentlərlə təmin etmək üçün müxtəlif metodlardan istifadə olunur. Ukrayna ilə hərbi-texniki əməkdaşlığının pozulması və Qərb ölkələri tərəfindən tətbiq olunan sanksiyalar bu aqreqatların qanuni idxalını mümkünsüz edib. Bu səbəbdən də, Rusiya qanunsuz satınalmalarının müxtəlif sxemlərini təşkil etmək məcburiyyətində qalıb”.

Əhəd Əzizov

Poliqon.az

Back to top button