
Ukraynanın “Praktika” Elm-İstehsalat Birliyinin müəssisəsində dövlət sifarişi əsasında yeni yaradılan zirehli avtomobilin sınaqları yekunlaşıb.
“AzeriDefence”nin xarici mediaya istinadən verdiyi məlumatına görə, 2014-cü ildən “Kozak-001″in yaradılması ilə başlanan istehsalat işləri yeni mərhələyə qədəm qoyub.
Müəssisədən bildirilib ki, artıq birlik adıçəkilən maşının bazasında “Kozak-5” adlı yeni zirehli avtomobil yaradıb.
Bu nümunə sələfindən çəkisinin yüngüllüyü, manevr imkanları ilə fərqlənir.
“Kozak-5″in çəkisi 10 ton, uzunluğu 6100 mm, eni 2300 mm, hündürlüyü isə 2250 mm-dir.
Qeyd edək ki, “Iveco”nun 4×4 təkər formulu üzərində yaradılan “Kozak-001″in isə çəkisi 15 tondur. Maşının uzunluğu 7160 mm, eni 2500 mm, hündürlüyü isə 2700 metrdir.





