Ukraynaya “Leopard 1A5” tankları tədarük olunub
Almaniya hərbi yardım çərçivəsində Ukraynaya 8 ədəd “Leopard 1A5” tankı tədarük edib.
“Poliqon” xəbər verir ki, bu, Almaniya hökumətinin Ukrayna üçün ayırdığı yeni hərbi yardım paketində öz əksini tapıb.
Həmçinin paketə daxildir:
- “Gepard” zenit-top kompleksi üçün 21000 ədəd sursat;
- 10 ədəd yerüstü robot;
- 2 ədəd zirehli təmir-bərpa maşını;
- 10 ədəd yerüstü müşahidə radarı və s.
Qeyd edək ki, 8 ədəd “Leopard 1A5” tankının Ukraynaya tədarükü Almaniya və Danimarka tərəfindən birgə həyata keçirilib.