Vətən müharibəsində itkin düşmüş 6 hərbi qulluqçumuzun axtarışı prosesi aktiv şəkildə davam etdirilir

Vətən müharibəsində itkin düşmüş 6 hərbi qulluqçumuzun axtarışı prosesi aktiv şəkildə davam etdirilir

Vətən müharibəsi dövründə əsir və itkin düşmüş hərbi qulluqçularımızın qaytarılması və axtarışı üzrə də lazımi işlər görülmüş və bu fəaliyyət hazırda da davam etdirilməkdədir.

“Poliqon” xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Əsir və İtkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi general-polkovnik Əli Nağıyevin “Azərbaycan” qəzetində dərc olunan məqaləsində qeyd edilib.

Əli Nağıyev bildirib ki, Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası tərəfindən aidiyyəti dövlət orqanları və beynəlxalq qurumlarla əməkdaşlıq çərçivəsində həyata keçirilən operativ və təxirəsalınmaz tədbirlər nəticəsində Azərbaycan Ordusunun 12 hərbçisinin döyüş əməliyyatlarının gedişində yaralanaraq əsir götürüldüyü məlum olub və beynəlxalq təşkilatların vasitəçiliyi ilə onlar qısa müddətdə azad edilərək Vətənə qaytarılıblar.

“Lakin təəssüflər olsun ki, 6 hərbi qulluqçumuzun taleyi hələ də qeyri-müəyyən olaraq qalmaqdadır və onların axtarışı prosesi hazırda aktiv şəkildə davam etdirilir. İnanırıq ki, onların yaxınlarının və ailə üzvlərinin həsrətinə tez bir zamanda son qoyulacaq və hərbçilərimizin taleyinə tezliklə aydınlıq gələcəkdir”, – deyə Əli Nağıyev vurğulayıb.

Poliqon.az

CATEGORIES