Xəbərlər

Volodimir Zelenski: Təhlükəsizlik sahəsində çox dərin əməkdaşlıq qura bilərik

Bu gün ekspertlərimiz Azərbaycandadır, onlar azərbaycanlı həmkarlarına dəstək verir.

“Poliqon” xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycan Prezidenti İlham Əliyev ilə mətbuata bəyanatında söyləyib.

Ukrayna Prezidentinin sözlərinə görə, bu gün bir nömrəli sahə təhlükəsizlikdir: “Müdafiə sənayesi sahəsində artıma gəldikdə, Ukrayna müharibə şəraitindən irəli gələrək öz müqavimət gücünü göstərdi və biz ekspert biliklərimizi bölüşmək istərdik. Bu gün ekspertlərimiz Azərbaycandadır, onlar azərbaycanlı həmkarlarına dəstək verir. Biz bu tərəfdaşlığı bundan sonra da davam etdirərək birgə istehsala başlayacağıq”.

V.Zelenski müdafiə sənayesinə toxunaraq bildirib ki, təhlükəsizlik dərin əməkdaşlıq qurula biləcək mühüm sahədir və bu məqsədə nail olmaq üçün intensiv səylər göstərilməlidir.

“Silahların istehsalına gəldikdə, bu, bizim xalqlarımız üçün sabitlik gətirə bilər. Bizim ölkələrimizin kifayət qədər imkanları var ki, bütün çağırışlarla üzləşərək tab gətirsin. İstənilən bir ölkəni götürsək, hətta nəzəri baxımdan əgər o, təcavüzlə üzləşərsə bilməlidir ki, öz hərbi əməliyyatlarını apararaq özünü müdafiə edə bilsin. Bu baxımdan biz sabitliyə, sülhə gedən yolda Azərbaycana uğurlar arzulayırıq. Eyni arzularımızı biz, həmçinin öz ünvanımıza bildiririk”, – deyə Ukrayna Prezidenti vurğulayıb.

Back to top button