XRİTDX-nin nümayəndə heyəti Türkiyədə “Müdafiə və Aviasiya sahəsində” keçirilən tədbirdə iştirak edir

XRİTDX-nin nümayəndə heyəti Türkiyədə “Müdafiə və Aviasiya sahəsində” keçirilən tədbirdə iştirak edir

Azərbaycan Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX) nümayəndə heyəti Türkiyədə “Müdafiə və Aviasiya sahəsində” keçirilən tədbirdə iştirak edir.

“Poliqon” xəbər verir ki, bu barədə XRİTDX-nin mətbuat mərkəzi məlumat yayıb.

Bildirilib ki, Ankara şəhərində altıncı dəfə keçirilən tədbirdə Türkiyənin 300-ə yaxın şirkətinin iştirakı ilə yanaşı, Azərbaycan Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və digər güc strukturlarının nümayəndələri də qatılıb.

Tədbirin açılış mərasimində təşkilatçılarla yanaşı Türkiyənin müdafiə sənayesi başqanı iştirak və çıxış edib. “ICDDA 2024”də mülki aviasiya, quru, dəniz, hava sistemləri və daxili təhlükəsizlik sahələrində təcrübəli ekspertlərin moderatorluğu ilə bir sıra panel müzakirələr təşkil edilib.

Tədbir müzakirələr, təcrübə mübadiləsi və sərgi ilə işini davam etdirir.

CATEGORIES