XRİTDX-nin nümayəndəsi Vyanada keçirilən konfransda iştirak edib

XRİTDX-nin nümayəndəsi Vyanada keçirilən konfransda iştirak edib

Cari ilin 18-19 aprel tarixlərində Avstriyanın Vyana şəhərində ATƏT-in Transmilli Təhdidlər Departamenti tərəfindən təşkil edilən “Kiberinsidentlərin təsnifatı” mövzusunda konfrans keçirilib.

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Ximdətinin (XRİTDX) mətbuat mərkəzindən “Poliqon”a bildirilib ki, sözügedən konfransda XRİTDX-nin nümayəndəsi F.Cəfərov iştirak edib, “Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023-2027-ci illər üçün Strategiyası”nın tələblərinə əsasən XRİTDX tərəfindən kritik informasiya infrastrukturlarının təhlükəsizliyinin təmin olunması istiqamətində görülən tədbirlərdən ətraflı məlumat verib.

Konfransda üzv ölkələrin kiberinsidentlər zamanı eskalasiya trayektoriyalarının qarşısı necə ala biləcəklərinə diqqət yetirilib və kritik informasiya infrastrukturlarının qorunması zamanı sərhədyanı əməkdaşlığın vacibliyi qeyd olunub.

CATEGORIES