Yaponiyada ağır avtonom pilotsuz uçuş aparatı hazırlanıb 

Yaponiyada ağır avtonom pilotsuz uçuş aparatı hazırlanıb 

Yaponiya istehsalçısı olan “Kawasaki Group” şirkəti ağır yük daşıyan avtonom pilotsuz uçuş aparatı (PUA, dron) təqdim edib.

“Poliqon” “Kawasaki Group” şirkətinin mətbuat xidmətinə istinadən xəbər verir ki, təqdimatda K-Racer X1 PUA-nın robot sistemi ilə necə idarə olunduğu nümayiş olunub.

Bu təqdimat çarxı şirkətin rəsmi YouTube kanalında yerləşdirilib.

Layihəyə əsasən uzunmüddətli perspektivdə “Kawasaki Group” şirkətinin robotlaşdırılmış çatdırılma sistemi insan müdaxiləsi olmadan işləyə biləcək.

Sistemin əsas elementlərindən biri H2R markalı firma motosikletinin 1,0 litrlik mühərriki ilə işləyən pilotsuz K-Racer X1 helikopteridir.

K-Racer X1 kiçik bir avtomobil ölçüsündə drondur. Xarici olaraq, helikopterə bənzəyir, fırlanma momentini kompensasiya edən quyruq pərvanesi əvəzinə kiçik qanadlarda iki pərvanəyə malikdir. Onlar nəinki kompensatot rolunu oynayır, həm də helikopterin irəli hərəkətini təmin edir və onların quraşdırıldığı qanadlar, hətta maşının qaldırma gücünü artırır.

H2R mühərriki 300 at gücünə qədər inkişaf edir ki, bu da uçuş aparatının faydalı yükü daşımasına artıqlaması ilə üçün kifayətdir. Yaradıcıların sözlərinə görə ola bilsin ki, gələcəkdə bu mühərrik elektrik mühərriki ilə əvəzlənsin.

Dronun parametrləri haqqında təfərrüatlar hələlik azdır, lakin istehsalçı onun 100 kq-a qədər faydalı yük daşıya biləcəyini iddia edir.

Qeyd edildiyi kimi, istehsalçı maşının tam robotlaşdırılmış yük daşıma sisteminin bir hissəsi kimi necə işləyə biləcəyini göstərən videoçarx yayımlayıb. Uçuş aparatı ilə cütlükdə kiçik yük robotları – kiçik təkərlər üzərində yerləşən ən sadə platformalar işləyəcək. Yükdaşıma isə belə həyata keçirilir: yerüstü nəqliyyat vasitəsi yükü drona çatdırır, yük bölməsinə daxil olur və təyinat yerində boşalıb onu tərk edir.

“Kawasaki Group” şirkəti bütün prosesi tamamilə avtonom etmək üçün zavodlarda və çatdırılma mərkəzlərində digər robot sistemləri ilə inteqrasiya oluna bilən böyük mobil modullar üzərində də işlədiyini bildirib.

Əhəd Əzizov

Poliqon.az

CATEGORIES
TAGS